Roza Rüstəmi sevdiyini ETİRAF ETDİ: "Məcbur olub, onun əlləri ilə özümü…"
Tarix: 24-02-2020, 12:30




“Dedim qucaqla məni, sığal çək mənə”

ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonaqları ifaçı Roza Zərgərli və model Rüstəm Cəbrayılov olub.

Müğənni Roza, Rüstəm Cəbrayılovla birgə çəkildiyi klipindən danışıb:

““Qəmli nağıl” adlı mahnım üçün kastinq keçirdik. 7-8 yaraşıqlı oğlan gəldi. Rejissor özüm olduğuna görə baxdım ki, mənim yanımda uşaq kimi görünür. Sonra qızım dedi ki, Ana, Rüstəm qayıdıb Azərbaycana. Çox yaraşıqlıdır, uyğun gələrsiz. Biz də Rüstəmlə danışıb, razılaşdıq. Klipdə sevgili idik. Dedim ki, üzümü sığalla, qucaqla məni. Rüstəm məni sevə bilmirdi, onun əlləri ilə özümü sevirdim. Sonra məncbur olub Rüstəmə isti çay içirdim. Amma o, yenə də çəkinirdi. Yanvar ayında başımızın üzərindən 8 ton soyuq su tökdülər. Məcbur olub qucaqlaşdıq. O klipdə ən yaxın sevgi anımız oldu. Buna görə çox xoşbəxtəm”.



Paylaş: