Rəhman Rəhmanov: "Ölümdən döndüm. İkinci dəfə də əməliyyat olunmalıyam"
Tarix: 24-02-2020, 12:24




"Ağır cərrahiyyə əməliyyatı keçirdim. Elə bil ki, ölümdən döndüm"
Bu fikirləri Open.az-a özəl açıqlamasında A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, Azərbaycanın əməkdar artisti Rəhman Rəhmanov deyib.
Hazırda Bakı Sağlamlıq Mərkəzində müalicəsi davam edən Əməkdar artist, vəziyyəti normallaşan kimi ikinci əməliyyatın da olacağını bildirib:
"Bir gün gec əməliyyat olunsaydım, ölmüşdüm. Çünki vəziyyət çox ciddi idi. Onikibarmaq bağırsağ üzərində yığılan daşları təmizlədilər. Son zamanlar həmin daşların ağrısı mənə əzab verirdi. Dəfələrlə UZİ-dən keçsəm də daşlar görünmürdü. Sonuncu dəfə həkimlər kompyüter tomoqrafiyası etdilər və məlum oldu ki, gizli daşlar ilişib, orqanizmdə qalıb. Artıq irinləmə prosesi gedirmiş və bir gün də gec əməliyyat edilsəydim, yəqin ki, həyatda olmazdım. İndi əvvələ baxanda yaxşıyam. Amma ikinci əməliyyat da edilməlidir. Bu dəfə isə öd kisəmi çıxaracaqlar. Hələlik, həkimlər ürəyimə görə ikinci əməliyyata risq etmirlər. Narkoz almaq təhlükəli olduğu üçün, ikinci əməliyyatın vaxt hələ bilinmir". deyən Rəhman Rəhmanov hazırda palataya köçürüldüyünü bildirib və onu narahat edən başqa bir məsələni də diqqətə çatdırıb.
"Mənə neçə gündür zənglər olur. Haqqımda yazırlar ki, guya mənim əməliyyat olunmağa, pulum olmayıb. Bununla bağlı kiməsə nəsə demişəm. Sizin vasitənizlə bir daha bu məsələyə münasibət bildirərək deyirəm ki, belə halda adımın bu şəkildə hallanmasını istəmirəm. Mənim maddidən çox mənəvi köməyə, dəstəyə ehtiyacım var" deyə Əməkdar artist Rəhman Rəhmanov vurğulayıb.

Paylaş: