"Murat Boz evdə çılpaq gəzir"
Tarix: 24-02-2020, 12:15




"TV8,5"də proqram aparıcısı olan müğənni Karolayn Yılmaz məşhur ifaçı Murat Boz haqqında eşidənləri təəccübləndirən açıqlamalar edib.
 
Primetime.az xəbər verir ki, Yılmaz qonşusu olan Bozun evdəki davranışlarından danışıb. Karolayn açıqlamasında "Muratın ev hallarına tez-tez şahid oluram. Evində tez-tez dostları ilə parti verir. Üst geyimi olmadan gəzir, soyuducunun qapısından alma götürüb yeyir. Sonra kofe içir, əsnəyir, gərnəşir..." - deyə qeyd edib.
 
Daha sonra Murat Boz "Instagram" hesabından məsələ ilə bağlı paylaşım edib. İfaçı "hekayə" bölməsindəki paylaşımında "Yaşadığım bina 17 yox, 5 mərtəbəlidir. Yan qonşum dəyərli bir musiqiçi ilə ailəsidir...Yenə binamızda "Beşiktaş"ın mənim də çox sevdiyim bir futbolçusu ilə ailəsi yaşayır və qonşularımızın da hamısını tanıyıram... Məqsədli və yalan olan bu xəbərlərə inanmayın" - deyə bildirib.
 


Paylaş: