"Gecə həyatı yaşayan qızlar aktrisa olur" - Tolikdən ATMACA
Tarix: 24-02-2020, 11:48




Hər səhər olduğu kimi bu gün də "Xəzər Tv" də yayımlanan "Hər şey daxil" verilişi efirə gedib.

BiG.AZ xəbər verir ki, verilişin aparıcısı Tarix Əliyev yenə də qalmaqallı danışığı diqqət çəkib. Belə ki, aparıcı son vaxtlar əksər qızların aktrisa və model olduğunu bildirib:

"Baxırsan ki, 1.50 sm boyu var, küçələrdə gecə həyatı yaşayır, amma gedib ya model, ya da aktrisa olur. Tutaq ki, hansısa serialda iki dəqiqəlik epizodik rol veriblər və rola uyğun taksidən düşüb yolu keçir. Səhərisi gün özünə aktrisa deyir. Bu gün hər yerindən duran müğənni olur. Sonra Elnarə Abdullayevanın da statusu müğənni olur, elələrinin də".


Paylaş: