"Efirdə toy müğənnilərini "bozbaş" adlandırırlar" - Elnarə Abdullayeva
Tarix: 24-02-2020, 11:47




Əməkdar artist Elnarə Abdullayeva "Xəzər Tv" də yayımlanan "Hər şey daxil" verilişində qonaq olub.

BiG.AZ xəbər verir ki, veriliş zamanı efirdə bayağı mahnılar ifa edən müğənnilərdən söhbət düşüb. Mövzuya xalq artisti sərt rekasiya göstərib:

"Mən bu sənətə nifrət edirəm. Çünki məni bir verilişə dəvət edirlər, gedib görürəm ki, mənlə bərabər qonaq qismində heçnəyi bilməyən müğənni də var. Əgər ona müğənni demək olarsa! Mən sizə oxuyanlar göstərərəm ki, efirə çıxmağa pulu yoxdur amma sənəti möhtəşəmdir. Efirə çıxanlar amma kimlərdir?! Çıxıb efirdə ora-buralarını göstərirlər, geyindiyi donları nümayiş etdirirlər. Mən bir donu bir neçə verilişə geyinirəm. Çünki mən özümü reklam etmirəm, sənətimi göstərirəm. Bir də başqa məsələ var ki, buna da çox əsəbləşirəm. Çıxırlar efirdə toy müğənnilərini “bozbaş” adlandırırlar. Bunun günahı da aparıcılardadır. Onlar “bozbaş” söhbəti edən kimi siz onları efirdən çıxartmalısınız. Harada görünüb axı toya gedən müğənnini “bozbaş” adlandırsınlar? Sən kimsən ki, toyda oxuyana elə deyəsən?!"

Paylaş: