Müğənni avtomobili jurnalistlərin üzərinə sürdü
Tarix: 24-02-2020, 11:45




Türkiyənin tanınmış müğənnisi, eyni zamanda televiziya proqramlarının aparıcısı Defne Samyeli qəza törədib.

UlduzumSan.Az cebhe.info-ya istinadən xəbər verir ki, çıxış etdiyi bir məkandan ayrılan müğənni avtomobillə operatorun ayağının üstündən keçib.

Qardaşı Sübhan ilə məkandan ayrılan və sürətlə ərazidən uzaqlaşmaq istəyən Samyeli ehtiyatsızlıq üzündən avtomobili onu gözləyən jurnalistlərin üzərinə sürüb.

Avtomobilin təkəri 6-7 saniyə ərzində operatorun ayağının üzərində dayanıb. Avtomobildən düşən müğənni müxbirdən üzr istəyib, "Tələsirdim, belə oldu. Lazımdırsa, xəstəxanaya gedək" deyib. Operatorun ciddi xəsarət almadığı bildirilir.

Müğənni avtomobili jurnalistlərin üzərinə sürdü - FOTO


Paylaş: