Konsertə hazırlaşan Damlaya prodüserindən SƏRT QADAĞA
Tarix: 22-02-2020, 12:16




“Damlanın konsertində heç bir müğənniyə dəvətnamə göndərilməyəcək. Bunu Damlaya qadağan etmişəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənninin prodüseri Şamil İbrahimov Damlanın martın 25-də Heydər Əliyev Sarayında baş tutacaq konserti ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Həyəcan içində olduğunu da bildirən Damla Heydər Əliyev sarayında konsert vermək arzusundan danışıb: “Titulundan asılı olmayaraq, hər bir müğənninin arzusudur ki, Heydər Əliyev Sarayında konsert versin. Bu da mənim ən böyük arzularımdan biri idi. Nəhayət ki, bu arzumu 32 yaşımda reallaşdırıram”.
Müğənni gecədə yalnız 2 libasdan istifadə edəcəyini bildirib.
“Dinləyicilərimə iki saatlıq canlı performans söz verirəm. Hər konsertimin məkana uyğun repertuarı olur. Burada da 7 illik sənət fəaliyyətimdə ən hit mahnılarımı səsləndirəcəm. Konsertdə cəmi iki libasdan istifadə edəcəm”.
Müğənni konsertindən qazanc güdmədiyini də etiraf edib:
“Bu konsertdən qazanc güdmürəm. İldə bir dəfə qazanmasaq da olar. Onsuz da o qazancı məclislərdən, tədbirlərdən və reklamlardan götürürük. Məni yalnız bir şey düşündürür; dinləyicilərimə möhtəşəm musiqi gecəsi yaşatmaq”.

Paylaş: