Manaf Ağayev polisə dəvət olunub
Tarix: 21-02-2020, 18:44




Müğənni Manaf Ağayev Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub.
Bu barədə məlumatı APA-ya BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki,  Manaf Ağayevlə profilaktik söhbət aparılaraq sərbəst buraxılıb, o, hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib. 
Xatırladaq ki, bir müddət əvvəl “Ən yaxşısı” verilişində müğənni Manaf Ağayev qadınlar haqda zorakılığa çağırış edən fikir səsləndirib. 

Paylaş: