"Survivor"da şok! Qadın yarışçı rəqibinin burnunu qırdı
Tarix: 21-02-2020, 17:37




Rumıniyada yayımlanan "Survivor" proqramının Rumıniya versiyasında şok hadisə baş verib.
 
Primetime.az xəbər verir ki, MMA döyüşçüsü olan qadın yarışçı Ana Mariya Pal rəqibinin burnunu qırıb. Hadisə mükafat oyunu zamanı qeydə alınıb. Belə ki, rəqib komandada olan Andrey Ciobanu oyunu uduzan 26 yaşlı Pala yaxınlaşaraq "Çətindir, deyilmi Ana? Çətindir" deyib. Uduzmağı həzm edə bilməyən Pal isə bu sözün qarşılığında Ciobanuya kəllə vuraraq onu yerə yıxıb. Daha sonra edilən tibbi müdaxilə nəticəsində Ciobanunun burnunun qırıldığı məlum olub. 
 
Baş verənlərdən sonra sözügedən qadın yarışçı Dominikan Respublikasında keçirilən yarışmadan diskvalifikasiya edilib.
 

Paylaş: