Yalçın Rzazadənin yenidən səhhətində problem yarandı
Tarix: 21-02-2020, 15:41




Xalq artisti Yalçın Rzazadə yenidən Türkiyədə xəstəxanaya yerləşdiriləcək. UlduzumSan.Az bildirir ki, bu haqda müğənninin özü açıqlama verib: "Bildiyiniz kimi, xeyli müddətdir ki, müalicə olunuram. Hətta Türkiyədə əməliyyat olundum. Mart ayının 1-də yenidən qardaş ölkədə xəstəxanaya yerləşdiriləcəm. 1 ay Azərbaycanda olmayacam. Ümid edirəm ki, yenidən sağlamlığıma qovuşaram".
Qeyd edək ki, Yalçın Rzazadə bir müddət əvvəl mədəsində yaranan problemlərə bağlı Bakıda xəstəxanaya yerləşdirilmiş, sonra əməliyyat olunmaq üçün Türkiyəyə getmişdi.

Paylaş: