"Arvad xəyanət edir, ər də qəhrəmanlıqmış kimi videoya çəkir"
Tarix: 21-02-2020, 15:07




"Hansısa qadın ərinə xəyanət edir. Ər də bunu böyük qəhrəmanlıqmış kimi çəkib verir".
Open.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə yazıb.
Aktrisa ötən gün bir kişinin həyat yoldaşını başqası ilə tutması və videosunu çəkərək sosial şəbəkədə yayımlamasına münasibət bildirib.
O, kişini qınayaraq, ünvanına tənqidlər səsləndirib: "Həmin ərə sual verirəm: Video çəkib sosial şəbəkədə paylaşmaqla elə bilirsən sənə yaxşı kişi deyirlər? Birincisi, kişinin kişi olduğu yerdə xəyanətdən söhbət gedə bilməz. İkincisi, özünə və ailəsinə hörmət edən kişiarvadının biabırçı videosunu başqaları ilə paylaşmaz. Bunu etməklə səndə onun səviyyəsinə enmiş olursan.
Əgər övladın varsa, böyüyəndə bu videonu sillə kimi üzünə vuracaq. Onda nə cavab verəcəksən? Hələ bu videonu sosial şəbəkədə paylaşaraq özünə izləyici yığan səhifələr... Gənclərə nəyi təbliğ etdiyinizin fərqindəsiniz?".




Paylaş: