"Bu aləmdə olan şəxslə ailə qurmaq istəməzdim"
Tarix: 21-02-2020, 12:58




Müğənni Rəqsanə İsmayılovanın qızı, müğənni Aysun İsmayılovaya elçi gəlib.
Bu barədə Lent.az -a Aysun özü açıqlama verib.
“Təxminən bir ay öncə bizim ailəmizi tanıyan bir ailə mənə elçi gəldi. Məni istədiklərini mamaua deyiblər, o da mənə dedi, razı olmadım. Oğlanın üzünü görməmişəm, heç maraqlı da deyil. Çünki sevmədən ailə qurmaram. Heç vaxt gözəlliyə, pula baxmaram. İnşallah, ailə quracağım şou-biznes əhlindən olmaz. Bu aləmdə olan şəxslə ailə qurmaq istəməzdim.
Qısqancam. Mənim olan mənim olmalıdır. Ailə qursam, müğənnilikdən gedəcəyəm. Mənim üçün ailə müqəddəsdir. Mənə pul əsas deyil. Kirayədə də yaşayaram”.

Paylaş: