"Evlilik təklifi alan gün sənətdən gedəcəm"
Tarix: 21-02-2020, 12:19




Məşhur müğənni Aysun İsmayılova "Xəzər Tv" də yayımlanan "Hər şey daxil" verilişində qonaq oliub.

BiG.AZ xəbər verir ki, veriliş zamanı aparıcı Tarix Əliyev Aysuna "səncə sənə bu zamanda sevgi lazımdırmı?" sualını ünvanlayıb.

Aysun İsmayılova bu barədə açıqlama verib:
"Mən heç vaxt şəxsi həyatımla bağlı danışmamışam. Amma demək istəyirəm ki, mən gələcəkdə ailə qursam ancaq sevdiyim insanla quraram. Sevdiyim insan mənə evlilik təklif edən gün mən sənətdən itərəm. Ailəm üçün sənəti ataram. Əvvəl belə düşünmürdüm. Amma indi görürəm ki, bu sənət etibarsızdır. Nə qədər əziyyət çəksən də ,unudulursan. Əgər köhnələrdən deyilsənsə, tez unudulursan".

Paylaş: