İntihar edən anasına Hadisədən mesaj: "Səni, səndən çox sevirəm"
Tarix: 20-02-2020, 16:56




Anasının doğum gününü təbrik edən Hadisə “Instagram” da duyğusal paylaşımı ilə diqqət çəkib.
Yenicag.az xəbər verir ki, Hadisə anasının doğum günündə duyğularını ifadə edib.
Cazibədar müğənni “Instagram” hesabında ailəvi şəkillər paylaşaraq bu sözləri yazıb: “Bu gün 20 fevral, sənin doğum günündür. Səni, məni, bizi kimsə bilməz. Mən bilərəm, sən bilərsən. Bəzən çətin, bəzən asan, amma həmişə əl-ələ. Yaxşı gündə, pis gündə yanındayam, yanımdasan. Hələ də səhnəyə çıxmadan sənə mesaj yazıb, cavab almadan rahat olmuram. Sənin duan olmadan səhnəyə çıxmıram. Səni səndən çox sevirəm. Yaxşı ki, doğulmusan”
Qeyd edək ki, aktyor Kaan Yıldırım ilə eşq yaşadığı iddia edilən müğənni bu ərəfədə ailəsi ilə problemlər yaşayıb. Anasının intihara cəhd etməsinin ardından, müğənninin bacıları ilə arası dəyib. Anası Gülnihal Açıkgöz yaşanan hadisələrdən sonra Belçikaya köçüb.
Paylaşımda diqqət çəkən məqam Hadisənin küsülü olduğu bacısı ilə fotosunu paylaşmaması olub.















Paylaş: