İlkin Həsəni ata olması xəbərini təkzib etdi
Tarix: 3-10-2017, 10:45


Aparıcı və aktyor İlkin Həsəni ata olması haqda yazılan xəbərə münasibət bildirib. O, ailəsi haqda yayılan məlumatın həqiqəti əks etdirmədiyini deyib: "Mətbuatda bilmirəm hardan və necə ailəm haqda məlumatlar çıxıb. Çox gözəl bilirsiniz ki, mən şəxsi həyatım və ailəm haqda danışmağı heç vaxt istəməmişəm. Sadəcə olaraq məndən icazə almadan və soruşmadan olmayan bir şeyi necə yazıblar ona təəccübləndim. Xəbər ilk hardan yayılmışdı o adama dedim ki, nə vaxt ki, öz gözünüzlə nəyisə görərsiz, bilərsiz o zaman yazarsız. Kimdənsə nə isə eşitdim, biri bunu dedi ilə yazılan xəbərlərə qarşıyam".


Paylaş: