"Heç kimin həyatına həsədlə baxmıram"
Tarix: 3-10-2017, 10:26


"Bilirsiz mən niyə xoşbəxtəm? Çünki özümü olduğum kimi qəbul etmişəm". Bu sözləri sosial şəbəkə hesabında əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni Aynişan Quliyeva yazıb. İfaçı özündə olan ən müsbət xüsusiyyətləri izləyiciləri üçün sadalayıb: "Bəyənmədiyim xüsusiyyətlərimin isə üzərində çalışıb özümü tərbiyə etmişəm, bəli, səhvimi görürəm, anlayıram, düzəldirəm. Üzr istəməyi bacarıram. Bağışlaya bilirəm. Heç kimin həyatına həsədlə baxmıram, heç kimə paxıllıq etmirəm. Çünki hər kəsin gözəl günləri olduğu kimi problemləri də var. Heç kimin yerində olmaq istəməyin, çünki sadəcə həyatının göstərdiyi tərəflərini görürsüz. Tanımadığım insanların üzünə gülməyi bacarıram. İnandırım sizi ən aqressiv insan belə xoş təbəssümə müsbət cavab verəcək. Bacardığım qədər kömək etməyə çalışıram. Həqiqətən də yardımım toxunanda özümü seçilmiş insan kimi hiss edirəm, şükür edirəm ki, savab qazanmaq şansını Allah mənə verdi. Həyatın gözəlliklərini görürəm, göylərə baxıb təşəkkür edirəm.Əslində gördüyünüz kimi xoş ruhla yaşamaq üçün çox şeyə ehtiyac yoxdur".
PrimeTime.az

Paylaş: