Rəqsanə İsmayılovanın yeni ifası plagiat çıxdı
Tarix: 18-02-2020, 16:38



Rəqsanə İsmayılovanın yeni ifası plagiat çıxıb. Müğənninin yeni, "Həyatıma xoş gəldin" adlı mahnısı işıq üzü görüb. Mahnıya klip də çəkdirən müğənninin klipdə tərəf müqabili öz həyat yoldaşıdır.

BiG.AZ-ın apardığı kiçik araşdırma nəticəsində mahnının plagiat olduğu məlum olub. Belə ki, Rəqsanə İsmayılovanın yeni ifa etdiyi "Həyatıma xoş gəldin" mahnısının musiqisi Funda Ararın 2017-ci ildə ifa etdiyi "Düşman gibi" mahnısının musiqisi ilə eynidir.

Rəqsanə klipin şərh bölümündə onun hazırlanmasında əməyi keçən hər kəsin adını qeyd etsə də, musiqinin bəstəkarının adını yazmayıb.

Qeyd edək ki, sözügedən mahnının musiqisini Funda Ararın həyat yoldaşı Febyo Taşel bəstələyib. İllər öncə mətbuatda onun erməni olduğu ilə bağlı xəbərlər də yayılıb.

Hər iki mahnını təqdim edirik:



Funda Arar - "Düşman Gibi"



Rəqsanə İsmayılova - "Həyatıma xoş gəldin"

Paylaş: