Rəhman Rəhmanov əməliyyat olundu
Tarix: 18-02-2020, 16:04



Xəbər verdiyimiz kimi, Əməkdar artist Rəhman Rəhmanovun səhhətində problem yaranmışdı. Belə ki, aktyor öd kisəsi daşı xəstəliyindən əziyyət çəkirdi.
UlduzumSan.Az bildirir ki, bu haqda açıqlama verən aktyor artıq əməliyyat olunduğunu bildirib: "Bildiyiniz kimi səhhətimdə ciddi problem yaranmışdı. Belə ki, öd kisəsi daşından əziyyət çəkirdim. Məni çox narahat edirdi. Tez-tez kəskin ağrılarım olurdu. Buna görə də həkimlər əməliyyat yolu ilə öd kisəmi xaric etdilər. Bir neçə gün xəstəxanada qaldım. Amma artıq evə buraxılmışam. Vəziyyətim normaldır".

Paylaş: