Nodar Şaşıqoğlunun 90 illik yubileyi qeyd ediləcək
Tarix: 3-10-2017, 09:31


Oktyabrın 6-da Yasamal rayon Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Xalq artisti, teatr və kino aktyoru Nodar Şaşıqoğlunun 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.
İdarədən UlduzumSan.Az-a bildirilib ki, tədbirdə elm, ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Azərbaycan və Rusiyanın Xalq artisti Nodar Şaşıqoğlu kinoda 10-dan çox, teatrda isə bu rəqəmdən dəfələrlə artıq rol yaradıb. Dərin lirizmi və psixologizmi ilə seçilən həmin rollarda aktyor sənətin incəliklərinə son dərəcə dərindən bələd olduğunu dönə-dönə nümayiş etdirib. Ona böyük şöhrət gətirən isə “Uzaq sahillərdə” filmindəki Mixaylo - Mehdi Hüseynzadə obrazı olub.

Paylaş: