Xalq artistimiz Rusiyada “Su pərisi” operasında oynayacaq
Tarix: 18-02-2020, 11:30




Aprelin 8-dən 12-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Antonin Dvorjakın “Su pərisi” operası oynanılacaq.
Lent.az xəbər verir ki, aprelin 8, 10 və 12-də səhnə əsərində "Su pərisi"nin partiyasını Azərbaycanın Xalq artisti Dinara Əliyeva ifa edəcək.
D.Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. Dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edir. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015, 2017 və 2019-cu illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.

Paylaş: