“Bu cür məsələlər ictimailəşdikdən sonra yerli qurumlar narahat olub vətəndaşları qəbul edirlər...”
Tarix: 18-02-2020, 08:36




Dövlət telekanallarımız istisna olmaqla özəl kanallarımızda hələ də ailə-məişət mövzusundan məhs edən verilişlərin sayı artmaqdadır. Bəs buna səbəb nədir? İnsanlarımız niyə bununla bağlı yaşadıqları rayonda müvafiq qurumlarda öz problemlərini həll etmirlər. Bunun əvəzində isə sirr kimi saxlanılmalı olan ailə məsələlərini efirlərdə ictimaiyyətə təqdim edirlər. 

Bir çox verilişlərdə ekspert kimi çıxış edən Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Moderator.az-a açıqlamasında nə insanları, nə də efirləri qınamalı olduğunu bildirdi. Onun sözlərinə görə rayonlarda bununla əlaqədar olan qurumlar öz işlərini layiqincə yerinə yetirmədiyi üçün insanlar da efirlərə üz tuturlar. 

“Çox təəssüflər olsun ki, dörd özəl kanalımız var və hamısında da ailə məişət problemindən bəhs edən verilişlər yayımlanır. Amma mahiyyət etibarı ilə dövlət özü bu məsələlərdən qaçır, ailə münaqişəsi ilə bağlı məsələlərə ehtiyatla yanaşır. Mən verilişdə olan şikayətə gələn vətəndaşlarla söhbət edib deyirəm ki, yaşadığınız rayonda hüquq-mühafizə orqanlarına, İcra Hakimiyyətinə niyə müraciət etmirsiniz? Onlar cavabında bildirirlər ki, bizi qəbul etmirlər. Onların sözlərinə görə televiziyaya çıxıb məsələni ictimailəşdirdikdən sonra həmin qurumlar narahat olub həmin vətəndaşları qəbul edirlər. Əslində isə bu belə olmamalıdır. Buna görə də nə televiziyaları, nə də insanları qınamalı deyil”. 



Paylaş: