"Sevgililər" konserti reallaşdı
Tarix: 17-02-2020, 08:39




14 Fevralda Almaniya səhnəsində sözün əsl mənasında fırtına qoparan  azərbaycanlı müğənni Seyran İsmayılxanov pərəstişkarlarına unudulmaz gecə yaşadıb.
UlduzumSan.Az-ın  məlumatına görə,  müğənni sevənləri üçün azərbaycanın sevilən mahnıları səsləndirib. İfaçını izləməyə gələnlər arasında müğəninin dostları, doğmaları da olub. 
Qeyd edək ki,  Seyran İsmayılxanov 2005-ci ildən etibarən Almaniyanın Köln şəhərində yaşayır və işləyir. Müğənni Tacikistan, Qazaxıstan, Monteneqro, Makedoniya, Yunanıstan və digər ölkələrdə keçirilən bir çox beynəlxalq müsabiqə, festival və konsertlərdə iştirak edib. Hazırda o, Almaniyanın dünyaca nüfuzlu "The Voice" ("Səs") layihəsinin iştirakçısıdır.





Paylaş: