"O, anasını itirib ona görə mahnı ona pis təsir elədi"
Tarix: 15-02-2020, 09:56




Xəbər verdiyimiz kimi ARB TV-də yayımlanan “Ona qalsa” verilişində maraqlı hadisə yaşanıb. Verilişdə Əməkdar artist Baloğlan Əşrəfov və Nüşabə Ələsgərli qonaq olub. Tamaşaçılar tərəfindən B.Əşrəfovdan “Ana” muğamı oxuması tələb olunub və bundan kövrələn N.Ələsgərli verilişdən çıxaraq mahnının bitməsini gözləyib. Lakin bəzi saytlar N.Ələsgərlinin ümumiyyətlə efiri tərk etdiyini yazıb.

Moderator.az-ın əməkdaşı Əməkdar artist Baloğlan Əşrəfovla əlaqə saxlayıb və o, saytımıza açıqlamasında bəzi jurnalistlərə öz iradını bildirib:

“Bəzi jurnalistlər hadisəni çox tərbiyəsiz şəkildə işıqlandırıblar, amma elə deyil. “Ana” muğamı oxuduğum üçün N.Ələsgərlinin ürəyi doldu. Bəzi saytlar insanlara qarşı çox hörmətsizlik edirlər. N.Ələsgərli verilişdən heç yerə getməyib, o, əvvəl mənə yalvarıb dedi ki, qurban olum, bu muğamı oxuma, onu oxusan, mən dayana bilməyəcəm. Mən də dedim ki, vallah tamaşaçılar istəyir. Nüşabə də mən oxuyanda kənarda durub baxıb ağlayırdı, o, anasını itirib ona görə mahnı ona pis təsir elədi. Nüşabə məni, mən də onu dünyalar qədər çox istəyirəm”.


Paylaş: