"Çox ucuz geyimlər geyinirəm" - Sevda Yəhyayeva
Tarix: 14-02-2020, 11:37




"İnsan özünə yaraşanı geyinməlidir".

Bunu BiG.AZ-a açıqlamasında tanınmış müğənni Sevda Yəhyayeva bildirib. Hər zaman zövqlü geyimləri ilə diqqət çəkən müğənni, onların qiyməti barədə danışmamağa üstünlük verdiyini qeyd edib:

"Geyimlərimin qiyməti barədə danışmağı sevmirəm. Heç vaxt sahib olduğum əşyaların qiymətini açıqlamağı xoşlamıram. Mənim qarderobumda hər qiymətdə geyim var. Sadəcə bunu deyə bilərəm ki, çox bahalı və çox ucuz geyimlər var. Mənim üçün əsas qiyməti deyil, onun mənə yaraşmasıdır. Çox pul verib alarsan amma o geyim sənə yaraşmaya bilər. Lakin elə ucuz bir geyim alarasan və sən onu üzərində elə daşıyarsan ki, o bahalı görünər. Bir sözlə, insan özünə yaraşanı geyinməlidir".

Şəxsi həyatı ilə bağlı tez-tez suallar verildiyini deyən Yəhyayeva , bu barədə yenilik olsa, özü açıqlamalar verəcəyini də bildirib:

"Çox ucuz geyimlər geyinirəm" - Sevda Yəhyayeva

"Evlənmək barədə düşünürəm, lakin hələ heç nə yoxdur. Bu barədə mənə tez-tez suallar verirlər. Özüm də ailə qurmağı çox istəyirəm. Xeyirlisi. Ümumiyyətlə bu mövzuya çox yaxşı baxıram. Təki, hər kəsə qismət olsun. Amma hələ ki, heç nə yoxdur. Bu məsələlər qismətə bağlıdır".

Paylaş: