"Flört sevgidən üstündür" - Samir Cavadzadə
Tarix: 14-02-2020, 11:34




“Şəxsi həyatımda boşluqdur. Səbəbi özüməm”.

Bu sözləri Axşam.az-ın suallarını cavablandıran müğənni Samir Cavadzadə deyib.

O, Sevgililər günündə ona yoldaşlıq edəcək şəxsin olmadığını söyləyib:

“Sevgili axtarışında deyiləm. Sadəcə bir məqam yaranar ki, başqasını görüb bəyənə bilərəm. Ümumiyyətlə, mənim üçün yeni tanışlıq - flört hamısından daha gözəldir. Mənə görə flört sevgidən üstündür. İnsan o zaman daha həyəcanlı olur. Qarşısındakının xoşuna gəlmək üçün hər şey edir. O zaman ürək daha tez-tez döyünür”.

S.Cavadzadə sevgi münasibətlərində sərt olduğunu dilə gətirib:

“Həyatımda ailəyə, sənətə qarşı sevgi var deyə sevgili axtarmıram. Mən o insanlardan deyiləm ki, bir günü biri ilə gəzim, beş ay sonra başqası ilə. Şəxsi həyatımda ciddiyəm. Haradasa sərt ola bilərəm. Düzü, bir az hər şeyi gözləyənəm axı... Ona görə belə şeylərə də diqqət edirəm”.

Paylaş: