"Atam anamın başına vedrə ilə vurub" - Tolikdən ŞOK AÇIQLAMA
Tarix: 14-02-2020, 11:33



Hər səhər olduğu kimi bu gün də Tarix Əliyevin aparıcılığı ilə "Xəzər Tv" - də yayımlanan "Hər şey daxil" verilişi efirə gedib.

BiG.AZ xəbər verir ki, aparıcı veriliş zamanı şok açıqlama verib. O, bildirib ki, valideynlərinin boşanmasına səbəb atasının anasını döyməsi olub:

"Mənim valideynlərimin boşanmasına səbəb atamın anamı döyməsi olub. Hətta atam anamın başına vedrə də vurub. Amma bu qısqanclıq üstündə olub. Anam qarmon ifaçısı idi, atam da onu qısqanırdı".

Paylaş: