Əməkdar artist canlı EFİRDƏ hirsləndi: "Ayıb deyil?! Sən utanmırsan?"
Tarix: 14-02-2020, 11:17




ARB TV-nin “Elgizlə İzlə” verilişində əməkdar artist Zakir Əliyevlə telefon bağlantısı yaradılıb.
Sənətçi qohumu olduğunu iddia edən Ayşənin yalanını ifşa edib:
“Qohumlarım narahat olub. Hamı zəng vurur ki, bizim belə qohumumuz var? Allah eləməsin, elə bacım qızı olsun. Mən elə dayıyam ki, bacım uşağından xəbərim olmasın?! Uzaq qohumumdur. Heç onu tanımıram. Ayıb deyil?! Sən utanmırsan, çıxıb bu qədər insanın içində deyirsən ki, Zakir Əliyevin bacısı qızıyam?!
Xanımın imkanlı dayıları var. Şəhid ailələrinə yardım edirlər. Bu qız özbaşına çıxıb ora. Qohum-əqrabalarını biabır edir. Heç nəyə baxmayaraq. O mənə müraciət edib kömək istəsəydi, yardım edərdim”.
Xatırladak ki, “Elgizlə İzlə”nin ötən buraxılışında studiyaya gələn Ayşən yardıma ehtiyacı olduğunu deyib. O həmçinin əməkdar artist Zakir Əliyevin bacısı qızı olduğunu bildirib.



Paylaş: