Balaca xanəndə yeni mövsümə yeniliklərlə başladı - Açıqlama
Tarix: 3-10-2017, 08:29


Azərbaycanın istedadlı övladı, balaca xanəndəsi 11 yaşlı Səlim İbrahimov yeni mövsümdə yaradıcılığında olan yenilikdən danışıb. 
UlduzumSan.Az-ın məlumatına görə, Səlim bildirib ki, yeni bəstəsini artıq tamaşaçılara təqdim edəcək.
“Artıq istirahət mövsümünü geridə qoyduq. Amma açığını desəm istirahət mövsümündə elə də istirahət etmədim. Yeni bəstə hazırlayıram. Çox gözəl mahnıdır. Bəstəni üzürlü səbəblərə görə tez bir zamanda təqdim edə bilmirəm. Fikrimcə, yeni bəstəm də repertuarımdakı mahnılarım kimi sevilib, dinləyicilər tərəfindən bəyəniləcək".
Qeyd edək ki, balaca istedadlı xanəndə Səlim İbrahimov Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Əhməd Bakixanov" adına musiqi məktəbində təhsil alır.

Paylaş: