“Onlara bunu yaraşdırmırdım” - Xəyanət açıqlaması
Tarix: 12-02-2020, 10:39




Aparıcı-müğənni Defne Samyeli komediya aktyoru Cem Yılmaz tərəfindən xəyanətə məruz qaldığını etiraf edib.
“Qafqazinfo” xəbər verir ki, dünən sənətçi Türkiyə KİV nümayəndələrinin aktrisa Serenay Sarıkayanın onu Cemdən ayırması barədə suallarına cavab verib:
“Oktyabr ayında bu tipli xəbərlərə görə mətbuat üzvlərinə əsəbiləşmişdim. Üzrlü sayın, xəbərim olmayıb, ehtimal belə etmirdim. Onlara bunu yaraşdırmırdım. Sən demə, jurnalistlər işini düzgün görürlərmiş”.
Xatırladaq ki, Defne Samyeli ilə münasibətinə son qoyan Cem verilişlərin birində “Serenaya heyranam” demişdi. Cütlük bu sözlərdən qısa müddət sonra Afinada birlikdə görüntülənmişdi. Serenay isə hava limanında mətbuat üzvlərinə danışaraq C. Yılmazla eşq yaşadığını açıqlamışdı.

Paylaş: