Təcili xəstəxanaya yerləşdirilən Hacı Nuran DANIŞDI: "Həkimlərin qərarı qəti oldu…"
Tarix: 12-02-2020, 10:23



Xəbər verdiyimiz kimi, məşhur aparıcı Hacı Nuran yenidən xəstəxanaya yerləşdirilib.

BiG.AZ xəbər verir ki, aparıcı bu barədə instaqram hesabında post paylaşıb:

"Son günlərin gərgin rejimi səhhətimdə bəzi problemlər yaratdı. Xəstəxananı sevməsəm də, bəzən sevmədiyimiz nələrəsə tabe olmalı oluruq. İnsan sağlamlığının qədrini xəstələnəndə bilir. Özümü heç də yaxşı hiss etmədiyimdən müalicəyə ehtiyac vardı. Elə bilirdim ki, günü-günə satmaqla, müalicənin vaxtını uzada biləcəm. Amma alınmadı...İki saatdan bəri davam edən müayinədən sonra həkimlərin qərarı qəti idi: yataq rejimi ... Beləcə, bir müddət müalicə almalıyam".

Paylaş: