Kinoteatrdan “qaçan” Alla Puqaçovadan AÇIQLAMA
Tarix: 11-02-2020, 11:47



Rusiyanın tanınmış estrada müğənnisi Alla Puqaçova “Buz-2” filminin premyerası zamanı Moskva şəhərində Oktyabr kinoteatrının evakuasiyası haqda açıqlama verib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, o bildirib ki, yanğın siqnalizasiyası işləyən vaxt filmin qəhrəmanı Mariya Aronova onun “Ümid gölü” mahnısını səsləndirirmiş.
“Yenidən filmi izləmək və mahnıya qulaq asmaq lazım gələcək. Bizim mahnımızı heç kim boğa və öldürə bilməz”, deyə Puqaçova İnstagram səhifəsində yazıb.
Bir gün əvvəl, Oktyabr kinoteatrının binasında qısa bir qapanma baş verib. Puqaçova ilə yanaşı Svetlana Loboda, Aleksandr Petrov, Paulina Andreyeva, Fyodor Bondarçuk və bir çox məşhurlar da binadan təxliyə edilib.

Paylaş: