"Mədəniyyətimizin, dilimizin keşiyində duran Azərbaycan Televiziyası və radiosudur"
Tarix: 11-02-2020, 08:43




“Bir sözlə, xalqla sənətkarlar arasında bir körpü yaranır və bu isə əsl mədəniyyətimizi əks etdirmək üçündür...”

“Azərbaycan televiziyası son iki ildə bu istiqamətdə kifayət qədər işlər görüb və bunlar silsilə şəkilində davam edir. Mən özüm bölgələrimizdə insanlarımızla görüşmüşəm və onların hamısının arzusu odur ki, bizim mədəniyyətimizə, dilimizə və adət-ənənələrimizə həmişə diqqət göstərilsin”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, AzTV-də Bədii Şuranın üzvü Ramiz Quliyev deyib. 

R.Quliyev Bədii Şuranın Bakı və bölgələrimizdə insanlarla görüşünün əhəmiyyətindən danışıb:


“Bədii Şura üzvlərinin ictimaiyyətlə görüşlərinin çox böyük əhəmiyyəti var. İlk öncə onu deyim ki, Azərbaycan Televiziyası şəhərlərimizdə və bölgələrdə ən çox tamaşaçısı olan bir televiziyadır. Televiziyanın apardığı işin başında maarifçilik dayanır və burda məqsəd bizim elmimizin, incəsənətimizin qorunmasıdır. Aparılan işlər ardıcıl olaraq həyata keçirilir. Azərbaycan televiziyası son iki ildə bu istiqamətdə kifayət qədər işlər görüb və bunlar silsilə şəkilində davam edir. Mən özüm bölgələrimizdə insanlarımızla görüşmüşəm və onların hamısının arzusu odur ki, bizim mədəniyyətimizə, dilimizə və adət-ənənələrimizə həmişə diqqət göstərilsin. Bunun keşiyində duran isə Azərbaycan Televiziyası və radiosudur. Azərbaycan Televiziyasının Bədii Şurası bu istiqamətdə çox böyük əhəmiyyət kəsb edən işlər görür. 
Bizim televiziyanın sədri Rövşən Məmmədov Bədii Şura üzvlərini həm Bakı şəhərinə, həm də bölgələrə göndərir ki, insanlarla görüşək və onların fikirlərini bilək. Biz sənətkarlar insanlarla həmişə təmasda olmalıyıq. Bizim Bədii Şuranın üzvləri də çox aktivdirlər. Biz çalışırıq ki, qüsurlar varsa, onu aradan qaldıraq. Bir sözlə, xalqla sənətkarlar arasında bir körpü yaranır və bu isə əsl mədəniyyətimizi, maarifçiliyimizi əks etdirmək üçündür. 


Paylaş: