"Qohum-qardaşa kömək etməyin bünövrəsini mən qoymuşam" - Manaf Ağayev
Tarix: 4-02-2020, 12:29




Müğənni Manaf Ağayev Xəzər tv-də yayımlanan "Hər şey daxil" verilişində qonaq olub.
BiG.AZ xəbər verir ki, veriliş zamanı aparıcı Tarix Əliyev bildirib ki, Manaf dəbdəbəni, evini reklam etməyi xoşlayır. Mafaf Ağayev bu mövzu ilə bağlı açıqlama verib:

"Əvvəl evimdə çəkiliş etməyi xoşlayırdım. Amma indi neçə veriliş var ki, müraciət ediblər, heç cavab verməmişəm. Çünki insanlar çox pis qarşılayır. Amma başa düşmürlər ki, otuz beş ildi mən çöllərdəyəm, səhnədəyəm, əziyyət çəkirəm, mənim evim olmasın?! Mənim taylarımın dörd-beş restoranı, şadlıq sarayları var. Amma mənim bir quru evim, bir də maşınım var. İnsanlar onu da mənə çox görür. Mən öz ailəmə, bacımın, qardaşımın ailəsinə baxa bilirəmsə, böyük adamam. Amma bütün qohumlar bizdən nəsə umurlar. Elə qohum-qardaşa kömək etməyin bünövrəsini mən qoymuşam. Əvvələr daha çox yardım edirdim amma indi etmirəm. Çünki bir dəfə etməyəndə adamdan inciyirlər".

Paylaş: