Ledi Qaqanın sirli sevgilisi
Tarix: 4-02-2020, 11:58



Adı Hollivud aktyoru Bredli Kuperlə sevgi romanında hallanan və bu iddiaları yalanlayan dünya şöhrətli müğənni Ledi Qaqa zəngin iş adamı Maykl Polanski ilə tədbirlərin birinə qatılarkən medianın kamerasına yaxalanıb.
Oxu.Az xəbər verir ki, Milli Futbol Liqasının həlledici oyununu izləmək üçün arenaya gələn cütlük matçdan sonra bir-birini qucaqlayaraq məkanı tərk ediblər.
Xatırladaq ki, bir il əvvəl müğənni Kristian Karino ilə nişanı qaytararaq ondan ayrılmışdı. Daha sonra Qaqa Bredli Kuperlə bir araya gəlməsi ilə aktyorun evinə söz-söhbət salmışdı.
Ledi Bredlinin sevgilisi supermodel İrina Şeyklə münasibətlərini pozmaqda günahlandırılmışdı. Lakin zaman keçdikcə hər kəsə aydın oldu ki, Qaqa və Kuperi dostluq və peşə münasibətləri bağlayır.









Paylaş: