Daha bir tanınmış sima ata olmağa hazırlaşır
Tarix: 4-02-2020, 08:50




"Ən yaxşı bədənli model" titulunun sahibi olan azərbaycanlı İqonun (İqaməddin Hüseynov) tezliklə onun və  xanımı bloger Leyla Hüseynovanın qız övladının  dünyaya gələcəyini bildirib.
UlduzumSan.Az-ın məlumatına görə, model bununla bağlı suyun altında yeni fotosessiyasını təqdim edib və təəssüratlarını bölüşüb:
“Hisslərimi sözlərlə bildirə bilən biri deiləm, yalnız onu deyə bilərəmki bu gözəl hissləri hərkəsə arzu edirəm. Ailəmizə xoş gəlirsən Qızım!”.
Fotolarda İqo ilə yanaşı xanımı bloger Leyla Hüseynova da yer alıb. Fotoların müəllifi isə Zeynal Məmmədlidir.
 
Qeyd edək ki, İqo Parisdə keçirilən "Best Model of the World 2017" beynəlxalq gözəllik müsabiqəsində Rusiyanı təmsil edib və "Ən yaxşı bədənli model" nominasiyasının qalibi olub. O, müxtəlif dünya brendləri ilə əməkdaşlıq edir, “Ferrari”, “Puma”, “Mercedes”, “Lisa Vita” və digər dünyaca məşhur brendlərin reklam layihələrində iştirak edir. Leyla Hüseynova isə artıq bir neçə ildir blogerliklə məşğuldur. O, əsasən moda trendləri barədə yazır və Bakıda təqdim olunan bir çox xarici brendlərin simasıdır. Cütlüyün toy mərasimi bu ilin yayında baş tutub.






Paylaş: