Rüfət Nəzər: "Oğruya da "bəy" deyirlər"
Tarix: 3-02-2020, 16:56




Aktyor Rüfət Nəzər şou-biznesin bəzi nümayəndələrini saxakarlıqda günahlandırıb. UlduzumSan.Az bildirir ki, aktyor qalmaqallı açıqlama verib: "Heç kimi şəxsiyyətinə toxunmaq istəmirəm. Çünki dərhal xətirlərinə dəyirəm. Amma onu deyim ki, efirə çıxanların əksəriyyətinin sərbəstlikdən, dürüstlükdən xəbəri yoxdur. Yəni nazik bir maskanın altında gizləniblər. Belə insanlardan qaçıram. Hətta iyrənirəm. Hər zaman özüm kimi olmağa çalışmışam. Odur ki, bir çox məşhurları kamera görəndə dəyişilməməyə dəvət edirəm".
Aktyor bəzi məsələlərdən gileylənib: ""Xanım", "bəy" və ya "müəllim" sözlərini çox əskildiblər. Hər adama "xanım", "bəy" və ya "müəllim" demək olmaz. Oğruya da "bəy" kimi müraciət edirlər. Mənə "bəy" və "müəllim" deyəndə əsəbiləşirəm. Çünki mən hamı deyiləm".

Paylaş: