"Manaf Ağayevi bu səviyyəyə media qaldırıb" - VİDEO
Tarix: 2-10-2017, 15:19


ARB TV-nin "Səhər-Səhər" verilişinin qonağı olan tanınmış prodüser Sayqa Cahid və müğənni Manaf Ağayev arasında gərginlik yaşanıb.

Belə ki, Sayqa Cahid Manaf Ağayevin bu səviyyəyə çatmasında medianın böyük rolu olduğunu dilə gətirib:

"Manafın sözünə əsəbiləşdim. Manaf söylədi ki, mən jurnalistlərə müsahibə vermirəm, heç yazmasınlar. Manaf müğənni Manaf olana qədər medianın heç də az zəhməti keçməyib. Media sizi istədiyi formada yetərincə işıqlandırıb. Sizin efirlərdə olmanızda da medianın rolu var. Yalnız mahnı oxumaqla bu qədər populyarlıq qazanmaq olmaz".

Manaf Ağayev də öz növbəsində bu sözləri hər bir jurnalistə aid etmədiyini bildirib:

"Mən deyirəm ki, nə varsa, düzünü yazsınlar. Mənə tərif lazım deyil. Hamı necə olduğumu bilir. Mən bu adı qazanmışam. Əgər pis işim varsa, pisini də düzünü yazsınlar".



Paylaş: