“Parlament seçkilərində iştirak etməyi lazım bilmədim” - Afaq Bəşirqızı
Tarix: 3-02-2020, 12:07



Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu parlament seçkilərində iştirak etmək üçün tək siyasətçilər yox, eyni zamanda həkimlər, müəllimlər, jurnalistlər, iqtisadçılar, hətta incəsənət adamları da öz namizədliklərini irəli sürüblər.
Sosial mediada isə çoxları aktrisa Afaq Bəşirqızını da deputat görmək istədiklərindən, onun da namizədliyini irəli sürməsini istəyirdilər. Maraqlıdır, görəsən bütün bu cür dəstəkdən sonra, nəyə görə Afaq Bəşirqızı namizədliyini irəli sürmədi?
 
Məsələ ilə bağlı Xalq artisti Afaq Bəşirqızı Modern.az-a açıqlama verib.
 
“Əslində özüm parlament seçkilərində iştirak etmək istəmədim. Düzü bu barədə fikrim belə olmayıb, yəni lazım bilmədim”, - deyə aktrisa bildirib.
 
Afaq Bəşirqızı növbədənkənar seçkilərdə parlamentdə görmək istədiyi şəxslərin adını sirr saxlayıb:
 
“Qoy bu məndə sirr qalsın, mən xalqa inanıram. İnanıram ki, xalqım öz layiqli namizədini seçəcək. Mənim istədiyim namizədlər də onların içərisində olacaq”.
 
Tanınmış aktisa müğənni Elza Seyidcahanın parlament seçkilərində iştirak etməsini də dəyərləndirib:
 
“Nə deyə bilərəm ki, hər halda özünə inanır. Əgər həqiqətən xalqın vəkili olacaqsa, ona müvəffəqiyyət arzulayıram”.

Paylaş: