"Qadın bir dəfə ailə qurar, ikincidə qəbir qucaqlayar"
Tarix: 3-02-2020, 09:55



Əməkdar artist Zöhrə Abdullayeva “Ay Zaur” verilişində bir neçə açıqlamalar verib. Lent.az -ın məlumatına görə, proqramda aparıcı Zaur Kamal müğənniyə “Həyat yoldaşınız rəhmətə gedəndən sonra niyə yenidən ailə həyatı qurmadınız?” sualını verib. 67 yaşlı ifaçı isə sualı bu cür cavablandırıb:
“Yaxşı, sən Allah, nə ailə qurmaq?! Yekə övladı olan qadın yenidən ailə qurar?! Mənim ərim vəfat edəndə oğlumun 15 yaşı var idi. 10 dəfə də ailə qursaydım, o tale mənimlə olacaqdı. Əlcəksən, corabsan, burun yaylığısan ki, ərləri tez-tez dəyişəsən?! Rəhmətlik atam mənə deyirdi ki, gəlinin əri rəhmətə gedirsə, ikinci dəfə gəlini qəbir qucaqlayar. Onun bu sözlərindən təəccüblənmişdim. Qadın bir dəfə ailə qurar, ikincidə qəbir qucaqlayar. Atam bu sözü doğru deyib”.

Paylaş: