Günel Həsənzadə ailə qurmasından danışdı
Tarix: 30-01-2020, 17:00




Bir neçə gün öncə tanınmış teleaparıcı Günel Həsənzadənin ailə həyatı qurması xəbəri yayılıb. Bu gün isə aparıcının evləməsi xəbərinin yalan olduğu və aparıcının bu məlumatı təkzib etdiyi bildirilib. Günel Həsənzadə bu xəbərlərlə bağlı ilk dəfə olaraq açıqlama verib.
O, AZXEBER.COM-a açıqlamasında ailə həyatı qurduğunu təsdiqləyib. 
"Bəli, mən 2017-ci ildə nişanlanmışam. 2018-ci ildə isə toyum olub. Ailə kiçik bir dövlətdir, istəmirəm ki, şəxsi həyatım mediada danışılsın. Belə xəbərin yayılmasında heç istəməzdim və bunun ilk gündən əleyhinəyəm".
 Günel süni- mayalanma yolu ilə ana olacağı haqda məlumata da aydınlıq gətirib.
"Əgər bir insanın səhhəti ona ana olmağa imkan vermirsə, süni mayalanma ilə ana olması normaldır. Amma mənim səhhətim ana olmağa imkan verir. Süni mayalanmaya üz tutmağı düşünmürəm”.
Qeyd edək ki, Günel Həsənzadə türkiyəli iş adamı ilə ailə qurub.

Paylaş: