Ərəb milyarderindən ayrılan Rihanna əylənmək üçün repçi ilə otelə getdi
Tarix: 29-01-2020, 16:57



Səudiyyə Ərəbistanından olan milyarder nişanlısı, iş adamı Həsən Cəmil ilə ayrıldıqdan sonra 31 yaşlı Barbados gözəli öz yaşıdı tanınmış repçi ASAP Roki ilə münasibətə başlayıb.
“The Sun” nəşrinin yazdığı xəbər görə, cütlük artıq görüşməyə başlayıblar. Yanvarın 17-də Nyu-Yorkda xeyriyyə konsertində iştirak edən Rihanna ilə Roki gecəni oteldə keçiriblər.




“Onlar bir-birinin əhatəsində olanda ləzzət alırlar” – deyə, insayder bildirib.
Həmçinin, insayder deyib ki, cütlük münasibətlərini hələ ki gün üzünə çıxarmaq istəmirlər. Onlar hazırki sıx və səmimi ünsiyyətləri ilə kifayətlənirlər.
“Aralarında hər şey olduqca sadədir. Rihanna Roki ilə gələcəyinin olub-olmadığını düşünmür” – deyə insayder əlavə edib.
Cütlüyün yaxınlaşması haqqında şayiələr ilk dəfə ortalığa 2013-cü ildə çıxmışdı. Lakin repçi yayılan xəbərləri təsdiq etməmişdi. Yeri gəlmişkən, həmin il pop ulduz Rokinin “Fashion Kill” klipinə çəkilib.



Paylaş: