“Eurovision”un baş prodüseri erməni təxribatından danışdı
Tarix: 29-01-2020, 14:56




“Eurovision” mahnı müsabiqəsinin baş prodüseri Jon Ola Sand Azərbaycan və Ermənistanın müsabiqədəki münasibətlərindən danışıb.
“Qafqazinfo” xəbər verir ki, Niderlandın AD.ln portalının müxbiri “səsvermə nə dərəcədə ədalətlidir? Azərbaycan və Ermənistan hər dəfə bir-birini sonuncu edir?” deyə baş prodüserə sual ünvanlayıb.
Jon Ola Ermənistanın 2006-cı ildə, Azərbaycanın isə 2008-ci ildə müsabiqəyə qatıldığını bildirib.
O, qarşı tərəfin yarışmada təxribat törətdiyini vurğulayıb. Belə ki, Sand mətbuat konfransında Azərbaycan bayrağının tərs qoyulduğunu, 2016-cı ildə Ermənistan təmsilçisi İveta Muçukyanın qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını gözləmə otağında qaldırmasını vurğulayıb:
“Bu, əslində yaxşı hal deyil. Amma nə edə bilərik? Hər iki ölkəni kənərlaşdıraq?! Xeyr! Biz hər ikisinin eyni səhnədə yer almasından qürur duyuruq və danışıqlar apararaq situasiyanı dəyişməyə cəhdlər edirik”. 

Paylaş: