"Bizi yada salan yoxdur, hamı nənə axtarır"
Tarix: 29-01-2020, 10:54




ATV-nin Xəbərlər Departamentinin Baş redaktoru Vaqif Aydınoğlu son günlər sosial mediada müzakirə olunan deputatlığa namizədlərin yaşlı insanların əlini öpdükləri yerdə paylaşılan fotolarına münasibət bildirib.

BiG.AZ xəbər verir ki, o, bu barədə sosial media hesabında status yazıb.

Yaşlı kişilərin əks etdirildiyi heykəllərlə foto çəkdirən V.Aydınoğlu fikirlərini belə izah edib:

“Namizədlər nənələrlə görüşür, fərqli olsun deyə mən də babalarla görüşdüm. Xeyli giley-güzar elədilər ki, a kişi, əvvəllər qapı döyənlər evin kişisini soruşardılar, indi bizi yada salan yoxdur, hamı nənə axtarır”.

"Bizi yada salan yoxdur, hamı nənə axtarır"


Paylaş: