AzTV-nin yeni loqoları – 28 MİN MANATA BAŞA GƏLİB
Tarix: 28-01-2020, 12:18




"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC televiziya kanallarının yeni loqolarının dizayn, montaj və quraşdırma işlərinin satın alınması üzrə elan edilmiş kotirovka sorğusunun nəticələri açıqlanıb.

FED.az xəbər verir ki, tenderin qalibi “Artmood Agency” MMC olub. Şirkətlə 28 min 331 manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Paylaş: