"Efirə gəlmir ki, axşam toyum var"
Tarix: 28-01-2020, 11:22



Məşhur prodüser Tarix Əliyev aparıcısı olduğu "Hər şey daxil" verilişində yenə də bəzi müğənnilərə atmacalar atıb.
BiG.AZ xəbər verir ki, aparıcının sözlərinə əsasən, bəzi müğənnilər fəxri ad alandan sonra həmkarları onlara paxıllıq edir:
"Röya fəxri ad aldı. Bəzi qadın həmkarları özündən çıxdı, ağızlarına gələni yazdılar. Onlara demək lazımdır ki, axı sən Röya qədər konsert verməmisən! Bu gün hansı xanəndə Konqres Mərkəzində konsert verə bilər? Mən deyə bilərəm, heç biri! Elnarə Abdullayeva ad alanda ona dedilər mərsiyəxandır, oxuya bilmir. Elnarə üç gün Respublika Sarayında konsert verdi. Bu gün Miri Yusifi efirlərdə görə bilmərik. Amma bütün dövlət tədbirlərində Miri Yusif iştirak edir. Bəzi müğənnilər var ki, sənəti yoxdur. Ancaq toylarla qazanır. Onları efirə çağıranda deyirlər ki, "efirə gələ bilmərəm, axşam toyum var, səsim batar".

Paylaş: