Tanınmış teleaparıcının bahalı üzüyü oğurlandı - Tapana mükafat...
Tarix: 27-01-2020, 15:44




Aparıcı İlham Mirzəyevin başına iş gəlib.
Open.az xəbər verir ki, onun bahalı üzüyü oğurlanıb. Bu barədə aparıcı özü məlumat verib.
Üzüyünün şəklini paylaşan İlham onu tapana mükafat da vəd edib: "Əziz dostlar, yaxınlaşdırıb, barmağıma baxsanız firuzə, ətrafı brilliant qaşlarla əhatə olunmuş qızıl üzük görəcəksiniz. Bu üzük mənə çox dəyərli və yadigar idi. Bu qeyri-adi üzükdür, zərgər tərəfindən düzəldilib. Amma oğurlanıb. Bu üzüyə yaxşı baxın. Qızıl mağazalarında, harada görsəniz, mənə yazın, xahiş edirəm".




Paylaş: