“Bacarıb, bir dəfə ərdə otura bilməyib…” - Nazilədən bu məşhurlara sərt sözlər
Tarix: 23-01-2020, 18:33




Tanınmış şairə Nazilə Səfərli ARB TV-də yayımlanan verilişində qalmaqallı mövzuya toxunub.
"Yeni Sabah" xəbər verir ki, o, bir neçə dəfə ərdə olub, ayrılıb və “təmiz və şəffaf ailə həyatı dərsi” keçən bəzi şou nümayəndələrini ifşa edib: “Mənə bilirsiniz nə gülməli gəlir? Adam bacarıb, bir dəfə ərdə otura bilməyib, ikinci dəfə də ərə gedib. Onda da alınmayıb, üçüncü dəfə də ərə gedib. Gəlib, gəlinlərə deyir ki, mən illərdir qızlarımıza, gəlinlərimizə xeyir-dua verirəm. Sənin özünün vaxtında xeyir-duan verilməyib, sən kimə dua edirsən?”

Paylaş: