Daha bir müğənni boşanır
Tarix: 23-01-2020, 17:32



2014-cü ilin iyun ayında nikah masasına oturan məşhur müğənni Emrah Erdoğan və həyat yoldaşı Sibel Erdoğan boşanmağa qərar verib.
 
Primetime.az xəbər verir ki, cütlüyün məhkəmə prosesi növbəti günlərdə baş tutacaq. "Kanal D"də yayımlanan "2.Sayfa" proqramında verilən məlumata görə, ikili evlilik mütəxəssislərinə müraciət etsə də, ayrılıq məsələsində razılığa gəlib.
 
Eleysa və Elyesa adlı iki övladı olan cütlüyün dostca və hörmət çərçivəsində boşanmaq istədiyi öyrənilib.

 

 

Paylaş: