Mətanət Əliverdiyeva çalışdığı ATV kanalını tənqid etdi
Tarix: 22-01-2020, 15:48



"Çalışdığım kanal inciməsin. Mənim 25 illiyimi təbrik etmədiniz. Çox təəssüf edirəm. Heç işçilərinizi yaxşı tanımırsınız".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva "Baku TV"də qonaq olarkən deyib. O, çalışdığı ATV telekanalını tənqid edib. Buna səbəb isə kanalın Əliverdiyevanın yaradıcılığının 25 illiyini təbrik etməməsi olub:

"5 Gəlin" kollektivi məni təbrik etdi. Sənədlər var, kim neçə ildir çalışır yazılıb. Həm radio, həm televiziya sahəsində az iş görməmişəm. Bir rinq olsun, görün, Mətanətlə kim bacarır".

//izle.az/embed/78196​​​

Paylaş: