Məşhur müğənni anasının ölümündən saatlar sonra KONSERT VERDİ
Tarix: 22-01-2020, 15:42



Dünyaca məşhur müğənni Selin Dion anasının ölümündən sonra ''Şou davam etməlidir'' düşüncəsi ilə səhnəyə çıxıb.
''Ölkə.Az'' xəbər verir ki, Kanadalı müğənni Selin Dion dünya turu konsertində hər kəsi təəccübləndirən addım atıb. O anasının ölümündən saatlar sonra səhnəyə çıxaraq ''Bilirsiniz ki, bu gün anamı itirmişəm. Lakin mən yaxşıyam. Anam 92 yaşında idi və uzun müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi. Onu tezliklə itirəcəyimizi bildiyimiz üçün bacı-qardaşlarım və mən dünən onunla vidalaşmışdıq''  sözlərini deyib. Daha sonra səhnəyə çıxaraq konsertinə davam edib.


Şarkıcı Celine Dion, annesini kaybettikten saatler sonra konser verdi

Paylaş: